“Qarabağ” "Qəbələ" ilə xalını bərabərləşdirdi - "Zirə" uduzdu

img

06-11-2016 [20:19]


Bu gün Topaz Premyer Liqasında "Zirə” ilə "Qarabağ” komandaları üz-üzə gəliblər.

Mia.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 69-cu dəqiqədə hesabı açıblar. Dani Kintananın qolundan 10 dəqiqə sonra isə "Qarabağ” ikinci qolu vurub. Bu dəfə Elvin Yunuszadə fərqlənib. Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra "Qarabağ” xal ehtiyatını 25-ə yüksəldərək "Qəbələ”yə çatıb. Hazırda bu iki komanda şərikli liderdir. "Bakının "İnter” klubu 20 xalla üçüncü, "Zirə” isə 14 xalla dördüncüdür.

Qeyd edək ki, milli komandalarının oyunları ilə əlaqədar çempionata ikihəftəlik fasilə veriləcək və XII tur noyabrın 19-dan 20-dək davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA