04-11-2016 [21:23]
"Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və "Konstitusiya” Araşdırmalar Fondunun Avopa İttifaqının dəstəyi ilə icra etdikləri "Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsi çərçivəsində növbəti təlim Mingəçevir şəhərində keçirilib.
Mia.az xəbər verir ki, 3 gün ərzində keçirilən təlimdə hüquq-mühafizə, ədliyyə orqanları, yerli icra hakimiyyəti əməkdaşları və məhkəmə işçiləri iştirak ediblər.
15 saatlıq təlim kursu "Gender bərabərliyi və məişət zorakılığı anlayışı”, "Azərbaycanda məişət zorakılığına dair qanunvericilik”, "Məişət zorakılığı hallarında ilkin müdaxilə”, "İnzibati Xətalar Məcəlləsi və məişət zorakılığı halları”, "Cinayət Məcəlləsi və məişət zorakılığı halları” mövzularını əhatə edib. Layihə çərçivəsində təlimlərin keçirilməsi üçün bu mövzuları əhatə edən 5 təlim modulu hazırlanıb. Bu modulların daxil olduğu təlim vəsaiti iştirakçılara paylanıb.
Təlimlər zamanı məişət zorakılığı halları baş verərkən qurbanların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, zərərverən şəxsin qanun qarşısnda cavabdeh saxlanılması sahəsində bacarıqların artırılması üçün praktik məşğələlər də keçirilib.
Təlimdə yerli polis, prokurorluq, məhkəmə, ədliyyə və icra hakimiyyəti orqanları əməkdaşlarına məişət zorakılığının əsas səbəbləri və gender bərabərliyi konsepsiyası, zorakılıqdan zərər çəkən şəxslərin müdafiəsi, məişət zorakılığı cinayətlərinin araşdırılması zamanı qanunvericiliyin tətbiqi haqqında ətraflı bilgilər verilib. Eyni zamanda təlim iştirakçıları milli və beynəlxalq qanunvericilikdə məişət zorakılığına, xüsusən də ailə daxilində qadınlara qarşı baş vermiş zorakılıq hallarında müdaxiləyə dair müddəaları öyrəniblər.
Xatırladaq ki, "Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsinin məqsədi məişət zorakılığı ilə bağlı problemlərin həlli üçün üçün coxtərəfli səylərin göstərilməsi, maarifləndirmə və hüquq-mühafizə və məhkəmə orqanları, yerli icra hakimiyyəti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsidir.
Layihə çərçivəsində Mingəçevirdə "Məişət zorakılığının qarşısının alınması” mövzusunda ictimai fəal xanımların iştirakı ilə dəyirmi masa da keçirilib. "Qadınlar Arasında Həmrəylik” İB-nin sədri, layihə rəhbəriRuhəngiz Hüseynovalayihə barədə iştirakçılara məlumat verib.
Mingəçevirdə 13 saylı tam orta məktəbdə məişət zorakılığı sağlam ailə modelinin formalaşmasına maarifçilik fəaliyyətləri ilə yardım göstərilməsi məqsədilə 10-11 sinif şagirdləri ilə görüş də keçirilib.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi