Diyarbəkirdə terror: – Ölənlərin sayı 9-a çatdı, 100-dən çox yaralı var

img

04-11-2016 [21:12]


Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində ölənlərin sayı 9-a çatıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölənlərdən 2-si polis, 7-i isə mülki şəxsdir.

Son məlumata görə, terror nəticəsində 100-dən çox insan yaralanıb. Yaralananlardan biri isə körpə uşaqdır. O, gözlərini itirib…

Bir PKK terrorçusu isə hadisə zamanı məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA