04-11-2016 [14:49]
Artıq iki gündür sürücülər Bakı ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən (YDM) "Aİ-95 Premium" markalı yanacağın qıtlığı ilə üzləşib. Bəzi YDM-lər ümumiyyətlə adıçəkilən markalı benzinin satışını dayandırıb.
"İki gündür "Premium" markalı benzin tapa bilmirik. Məcburən avtomobilə "Aİ-92" markalı benzin doldurmuşuq. Bu isə maşına ciddi ziyan vurur", - deyə sürücülərdən biri bildirib.
Bunu nəzərə alaraq APA ölkədə ən geniş YDM şəbəkəsinə malik olan şirkətlər arasında sorğu keçirib.
"LUKoil-Azərbaycan" QSC-dən bildirilib ki, şirkət "Premium" markalı yanacağı "SOCAR Petroleum" QSC-dən alır: "Bizə yanacaq limitlə satılır. Problemin səbəbi də budur. Böyük ehtimalla, problem 1-2 günə həllini tapar".
"Tosoil" şirkətindən analoji cavab aldıq: "Ehtiyatımız tükənib. Bazadan ("SOCAR Petroleum" QSC-nin bazasından - red.) 1-2 günlük satış dayanıb. Yəqin ki, bir neçə günə satışı bərpa edərik".
"Azpetrol" MMC-dən məsələyə münasibət bildirən tapılmayıb.
"Günəş Petrol" firmasından da "Premium" markalı benzinin satışının dayandırıldığını etiraf ediblər. Bununla yanaşı, şirkət rəsmisi qeyd edib ki, problem sabahadək həllini tapmalıdır: "Biz də məhsulumuzun satılmasında maraqlıyıq".
Bununla yanaşı, şirkətlərin nümayəndələri yekdilliklə bildirirlər ki, məhsulun qıtlığı qiymət artımına səbəb olmayacaq.
Qeyd edək ki, YDM şəbəkəsinə malik olan şirkətlərin mütləq əksəriyyəti "Premium" markalı benzini "SOCAR Petroleum" QSC-dən alır. Şirkətin müştəriləri arasında "IST Petrol", "Tosoil", "LUKoil-Azərbaycan", "ABU Petrol", "Merd Petrol", "AZAL Oil", "Günəş IKF" MMC, "AS-Petrol" MMC, "Azərsun Holdinq" MMC, "Karasu Operating Company", "Silk Way Aviaşirkəti", "LUX-OİL" MMC, "Məişət Maye Qaz" QSC, "Balakhani Operating Company LTD" kimi şirkətlər var.
"SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli isə bildirib ki, artıq problem aradan qaldırılmaq üzrədir: "Bildiyiniz kimi, bu yanacaq növü Azərbaycana xaricdən idxal olunur. Son günlər idxalda yaranan problemlə bağlı daxili bazarda bu yanacaq növünün çatışmazlığı yaranıb. Lakin artıq yanacağın idxalında yaranan problem aradan qaldırılıb və müştərilərimiz məhsulla təchiz olunmaqdadır. Bilirsiniz ki, "SOCAR Petroleum" böyük bir YDM şəbəkəsinə sahibdir. Lakin biz ilk növbədə müştərilərimizin tələbatını ödədik. İlk təchiz etdiyimiz şirkətlərdən biri də "LUKoil-Azərbaycan"dır. Son iki gün ərzində müştərilərimiz yanacağı əldə edir. Düzdür, müştərilərimizə yanacaq məhdud həcmdə satılır".
Onun sözlərinə görə, defisitin yaranmasına tələbatın yüksək olmasıdır: "Məsələn, sonuncu dəfə "LUKoil-Azərbaycan"a 5 maşın yanacaq verilib. Olar bilər ki, tələbatın yüksək olması səbəbindən ehtiyat tükənib".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi