Azərbaycanlı jurnalistdən Mourinyoya erməni ilə bağlı sual - Video

img

04-11-2016 [12:13]


Avropa Liqasının qrup mərhələsində "Fənərbaxça"nın "Mançester Yunayted”i məğlub etdiyi oyundan sonra keçirilən mətbuat konfransında maraqlı anlar yaşanıb.

Gərgin qarşılaşmanı stadiondan canlı izləyən azərbaycanlı jurnalist konfransda ingilislərin baş məşqçisi Joze Mourinyoya komandanın erməni futbolçusu Henrik Mxitaryanla bağlı sual verib.

Həmyerlimiz portuqaliyalı çalışdırıcıya "Mxitaryanı komandadan göndərəcəksiniz?” deyə sual ünvanlayıb. Mourinyo isə jurnalistə belə cavab verib: "Onu komandadan göndərməyi düşünmürəm. Amma daha yaxşı olmalıdır. Bu qədər bəsit”.

Qeyd edək ki, azərbaycanlı jurnalistin adı açıqlanmayıb.

Həmin anları 6:55-ci dəqiqədən sonra izləyə bilərsiz.

Qafqazinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA