03-11-2016 [16:42]
"İnternetlə təminat məsələsində isə "Delta TelekomLTD” MMM İran ərazisində fəaliyyət göstərən yerli internet operatorları ilə qarşılıqlı əməkdaşlıq edərək İİR-in internet trafiki ilə təmin olunmasının əhəmiyyətli hissəsini həyata keçirir və bu əməkdaşlığın artırılmasında maraqlıdır". Bu açıqlama ilə haqqin.az və virtualaz.org saytlarının Azərbaycan rabitəsinin 100%-inin İran ərazisindən həyata keçirilirməsi barədə yaydıqları məlumatlara münasibət bilidrən "Delta Telekom LTD” MMM şirkəti çıxış edib:
"Son günlər haqqin.az və virtualaz.org informasiya agentliklərinə istinad etməklə bəzi informasiya agentliklərində Azərbaycan rabitəsinin 100%-inin İran ərazisindən həyata keçirilirməsi barədə yanlış Informasiya yayılmışdır. Yayılan məlumatlarda haqqın.az İranın MNA agentliyinə istinad edərək xəbər verir ki, bu ölkənin rabitə nazirinin müavini Cavad Azəri Cahromi belə bir bəyanatla çıxış edib.
(http://en.mehrnews.com/news/120995/Iran-smart-filters-95mn-explicit-contents-on-Instagram)
Nəzərinizə çatdırırıq ki, İran Rabitə nazirliyinin və şəxsən cənab Cahrominin Azərbaycan tərəfi ilə həmişə isti münasibətləri mövcud olub və bu gündə əməkdaşlıq yüksək səviyyədə davam etdirilir.
Diqqətinizə çatdırırıq ki, cənab Cavad Azəri Cahromi müsahibəsində İranda son zamanlar internetin inkişafı məsələlərindən danışmış, qonşu ölkələrlə bu istiqamətdə geniş layihələr həyata keçirildiyini vurğulamış və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-in rabitəsinin 100% həcmi İran ərazisindən keçən rabitə kanalları ilə verildiyini bildirmişdir.
Bildiririk ki, Ermənistan respublikası ilə həmsərhəd ərazidə yerləşən Naxçıvan MR 90-cı illərdən başlayaraq ermənilər tərəfindən bütün sahələrdə olduğu kimi rabitə sahəsində də blokadada saxlanıldığını nəzərə alsaq Muxtar Respublikanın rabitə ilə təminatının ən qısa və keyfiyyətli yolu İran ərazisindən keçən rabitə kanallarıdır. Rezerv olaraq isə Naxçıvan MR digər istiqamətdən rabitə ilə təmin olunur ki, bu da birbaşa İrandan asıllığı aradan qaldırır.
İnternetlə təminat məsələsində isə "Delta TelekomLTD” MMM İran ərazisində fəaliyyət göstərən yerli internet operatorları ilə qarşılıqlı əməkdaşlıq edərək İİR-in internet trafiki ilə təmin olunmasının əhəmiyyətli hissəsini həyata keçirir və bu əməkdaşlığın artırılmasında maraqlıdır.
Bir daha qeyd edirik ki, haqqın az və virtualaz.org sayıtlarında yayılmış məlumatlar həqiqəti əks etdirmir. Qeyd olunan saytlardan internetin İrandan tranzit olunması ilə bağlı "Delta Telekom LTD” MMM-ə şifahi və ya yazılı formada hər hansı müraciət daxil olmamışdır.
Sonda bir daha informasiya agentliklərinə bu cür məsələlərdə diqqətli olmağı və Respublikamızın mövcud geosiyasi vəziyyətini nəzərə alaraq yanlışlıqlara yol verməməyi xahiş edir və əmin edirik ki, Azərbaycan Dövlətinin hər hansı bir ölkədən internet trafikinə görə 100% asıllığı yoxdur".
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat