03-11-2016 [15:07]
Jurnalist Azər Həsrət həmkarı Seymur Verdizadə haqqında "Seymur Verdizadənin "faciəsi” başlıqlı köşə yazısı ilə çıxış edib.
Yazıda A.Həsrət qeyd edib ki, ötən il rayonların birində Seymur Verdizadə ilə birgə müəllimlər üçün onlayn ifadə azadlığı mövzusunda keçirdikləri seminarda iştirak ediblər.
Seminarın sonunda tədbirə qatılan müəllimlər yox, təsadüfi adamlar Seymur Verdizadə ilə şəkil çəkdirmək üçün növbəyə düzülüblər. A.Həsrətin bildirdiyinə görə, ikinci belə seminar Tərtərdə keçirilib. Orada iştirak edən müəllimlər isə Seymur Verdizadəyə hörmətlə yanaşıblar, lakin Azər Həsrətlə şəkil çəkdirməyi üstün tutublar.
S.Verdizadənin isə həmkarına cavabı özünü çox gözlətməyib.
S.Verdizadə Azadinform-a bildirib ki, A.Həsrət bu yazıda fikirlərini dolğun ifadə edə bilməyib:
"Hesab etmirəm ki, Azər Həsrətin bu gün yazdığı yazıda mənə qarşı qərəz var və ya nəsə aşağılama mövqeyi tutub. Sadəcə mənə elə gəlir ki, Azər bəy fikirlərini dolğun ifadə edə bilməyib. Azər Həsrətlə 2 rayonda səfərdə olmuşam. Hər iki rayonda ziyalılardan özümə qarşı hörmət və diqqət görmüşəm”.
S.Verdizadənin sözlərinə görə, hər iki rayonda insanlar onunla şəkil çəkdirib: "Ola bilsin ki, üstündən zaman keçdiyinə görə, dostumuz Azər bəy bunu unudub. Amma mən ikinci tədbirdə insanların kütləvi şəkildə Azər Həsrətlə şəkil çəkdirdiyini xatırlamıram”.
S.Verdizadə vurğulayır ki, ona xoş münasibət bəsləyənlərin əsasını ziyalılar təşkil edir: "Təəssüflər olsun ki, Azər bəy bu faktları kiçiltməyə cəhd edib. Ola bilsin ki, Azər bəy konkret sosial təbəqə ilə işlədiyinə görə müəllimlər onu daha yaxşı tanıyırlar. Lakin mən jurnalist kimi bir qrupa xitab etmirəm, cəmiyyətin bütün təbəqələrinə - akademiklərə, həkimlərə, o cümlədən də ali təhsili olmayan insanlara xitab edirəm, yəni oxucularım rəngarəngdir”.
Jurnalist əlavə edib ki, Azər Həsrət mətbuata ondan əvvəl gəlib və hazırda aktiv jurnalist kimi də fəaliyyət göstərir:
"Arzu edərdim ki, dostum Azər bəy bir nüansa diqqət yetirsin ki, kiçik sosial təbəqə ilə işləmək jurnalist üçün bir o qədər də uğurlu deyil. Jurnalist cəmiyyətin bütün təbəqələrinə xitab etməlidir. Mənim oxucularım, ya da hansısa rayonda mənimlə şəkil çəkdirənlər arasında alim də ola bilər, sürücü də. Mən bu fakta görə utanmıram. Çox şadam ki, cəmiyyətin bütün təbəqələrini təmsil edən insanlar məni tanıyır, oxuyur, sevir.
Azər Həsrətə isə hörmətim var. Onun yazılarını, yaradıcılığını diqqətlə izləyirəm. Zövqünə inandığıma və güvəndiyimə görə yazılarımı saytda yerləşdirdikdən sonra linkini ona göndərirəm ki, fikirlərini bildirsin. Onun rəyləri məni həmişə qane edir”.
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat