01-11-2016 [10:41]
Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu "qoçuları” ilə birlikdə Bakıdakı avtosalonların birinə hücum edib.
Mia.az xəbər verir ki, bu barədə Bakupost-a salon rəhbərliyi məlumat verib.
Salon əməkdaşları ilə rayon rəhbərinin oğlu Şəhriyar Hüseynov arasında mübahisəyə səbəb isə bir müddət əvvəl satışa çıxarılan bahalı "Mercedes” markalı avtomobillə bağlı olub. Belə ki, ölkədə devalvasiya baş verməmişdən əvvəl icra başçısının oğlu həmin avtomobili salona qoyaraq 90 min manata satmaq istəyib. Amma uzun müddət keçsə də, maşını satmaq mümkün olmayıb.
Daha sonra Şəhriyar Hüseynovun razılığı ilə maşını digər avtomobillə dəyişdirilib. Şəhriyar Hüseynov həmin maşını bir müddət istifadə etdikdən sonra salona qaytarıb. O, salon rəhbərliyindən öz köhnə avtomobilinin pulunun devalvasiyadan əvvəlki məzənnə ilə və dollar ekvivalenti ilə (Təxminən 150 min dollar) istəyib. Avtosalondan isə bunun mümkün olmayacağı bildirilib.
Uzun mübahisədən sonra salon sahibi bir neçə təklif irəli sürüb. Təkliflərdən biri, eyni model yeni avtomobilin alınıb verilməsi olub. Şəhriyar Hüseynov isə salon rəhbərliyinin bu təklifi ilə razılaşmayıb. Və qolu qüvvətli dostlarını da götürüb salona hücum çəkib, pulu zor gücünə almağa çalışıb. Salon rəhbərliyi və Şəhriyar Hüseynov arasında mübahisə yaranıb. O, məsələni qol gücünə həll edə bilməyəcəyini gördükdə başqa yollara əl atıb.
Hüseynov bu məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə şikayət edib. Amma onun bu cəhdi də uğursuzluqla nəticələnib. Polisdən avtomobil mübahisəsinin mülki məsələ olduğunu əsas gətirilərək, şikayətçiyə məhkəməyə müraciət etməsini məsləhət görüblər. Salon rəhbərliyi saytımıza bilidirib ki, icra hakiminin oğlunun dələduzluğu salondakı kameralara düşüb və istənilən vaxt aidiyyəti qurumlara təqdim edə bilərlər.
Qeyd edək ki, bəzi digər məmur oğulları kimi Şəhriyar Hüseynov barəsində də tez-tez qalmaqallı faktlar ortaya çıxır. Daxili İşlər Nazirliyinin əməkdaşı olmasına baxmayaraq, o, qanunsuz əməlləri, qeyri-nümunəvi həyat tərzi ilə tez-tez gündəmə gəlir.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi