31-10-2016 [11:59]
Azərbaycanda məcburi köçkünlərə dövlət tərəfindən ayrılan güzəştlərlə bağlı problemlər yaranıb. Paytaxtda məskunlaşan bir neçə ailə artıq güzəştlərdən məhrum edilmələri barədə müraciət ediblər.
Ən çox şikayət ev telefonlarının aylıq limitinin artıq "Qaçqınkom” tərəfindən ödənilməməsi ilə bağlıdır. Məcburi köçkünlər bildirir ki, "ATS”dən zəng edib bildiriblər ki, şəhər telefonlarının 3 aylıq abunə haqqı köçürülməyib. Bundan başqa, məcburi köçkünlərə bildiriş göndərilərək 2016-cı ilin iyul, avqust, sentyabr ayları ərzində Dövlət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Komitədən hesablar üzrə ödənişin aparılmadığı barədə məlumatlandırılıblar.
Məcburi köçkünlərə məktub vasitəsilə bildirlib ki, yaranmış maliyyə çatışmazlığı ilə əlaqədar köçkünlərin istifadəsində olan şəhər telefonarının aylıq abunə haqqlarının ödənişi 01.08.2016-cı ildən dayandırılıb. Məktubda abunə haqlarının abunəçilərin özləri tərəfindən ödənilməsi təklif olunur.
Mövzu ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətindən bildirdilər ki, məsələ sırf "Qaçqınkom”a aid olduğundan bu barədə heç bir söz deyə biməzlər.
Nazirlikdən məcburi köçkünlərin həqiqətən də 3 aydan artıqdır ki, aylıq abunə haqqının ödənilmədiyini deməklə kifayətləndilər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov isə məzuniyyətdə olduğundan baş verənlərdən ümumiyyətlə xəbərsiz olduğunu dedi.
Yeri gəlmişkən, 2017-ci ildən məcburi köçkünlərə kommunal xidmət xərclərinin verilməsində də dəyişikliklər olacaq.
Qeyd edək ki, indiyədək məcburi köçkünlər kommunal xərclərdən müəyyən limit daxilində azad idilər. Yaxın vaxtlarda isə həmin xərclərin pulu köçkünlərin özünə veriləcək.
Məcburi köçkünlər işlətdikləri kommunal xidmətin haqqını özləri ödəyəcəklər. Kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə verilməsi nəzərdə tutulur. Bunun icrasına isə 2017-ci ilin yanvarında başlanılacaq.
"Qaçqınkom”un kommunal xidmət şöbəsindən sorğumuza cavab olaraq bildirdilər ki, hazırda məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılıb:
"Məcburi köçkünlər yay aylarında 100 kVt. saat, qış aylarında isə 200 kVt .saat elektrik enerjisi sərf edirlər. Orta hesabla bu,150 kVt.saat edir. Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz hesablanıb: "Dörd ay qış müddətində təbii qazdan istifadə 45 kub, mart, aprel, may və oktyabr ayları üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kubdan hesablanır. Məcburi köçkünlər üçün adambaşına su istehlakı limiti aylıq 5 kubdur. Bu limitin məbləği 2017-ci ilin yanvar ayından məcburi köçkünlərin öz kartına vurulacaq. Hələ bilinmir ki, məcburi köçkünlər bu limitdən az işlətdikdə karta vurulan məbləğ kimin hesabında qalacaq. Bu mexanizm hələ tam aydın deyil”.
"Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliyə əsasən isə, Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə yemək xərci üçün aylıq müavinət artıq verilmir. Məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılıb.
Digər dəyişiklik hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlıdır. İndiyə qədər hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilməyib. Dəyişikliyə əsasən, bundan sonra yalnız hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə yemək xərci üçün aylıq müavinət verilməyəcək.
Yəni bundan sonra zabit olmayan, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər yemək xərci üçün aylıq müavinət alacaqlar.

hafta.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi