Eldar Mahmudovun axtarışda olan "sağ əli" qandallandı - Avropada! (FOTO)

img

28-10-2016 [18:13]


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun axtarışda olan ən yaxın adamı İspaniyada həbs edilib.

İspaniyanın "lavanguardia.com” saytının məlumatına görə, "Akula Akif” ləqəbi ilə tanınan Akif Mustafayev İspaniyanın Loret-de-Mar şəhərində saxlanılıb.

Saytın yazdığına görə, o, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov üçün biznesmendən 285 min dollar alınmasında təqsirli bilinir.

Hazırda Akif Mustafayevin Azərbaycana ekstradisiya olunması istiqamətində iş aparılır.

Qeyd edək ki, A. Mustafayev E. Mahmudovun ən yaxın adamlarından olub. O, "MTN işi”ndə adı keçdiyi üçün ölkədən qaçıb.

Azərbaycan hüquq-mühafizə orqanları A. Mustafayevi rüşvətxorluqda təqsirli bilərək barəsində İnterpol xətti ilə axtarış elan edib.

A. Mustafayev E. Mahmudovun "sağ əli" sayılırdı.


APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA