Bakıda bütün taksi qiymətləri eyni olacaq – Tarif Şurasına müraciət olundu (VİDEO)

img

28-10-2016 [12:11]


Heç kəsə sirr deyil ki, hazırda fərdi taksilər müştəri mənzil başına istədikləri qiymətə aparırlar. 

Havalar soyuyanda isə qiymətləri qaldırırlar. Bunun qarşısını almaq üçün taksilərdə standart qiymət tətbiq ediləcək.

Şəxsi avtomobili ilə taxsi xidməti göstərən avtomobillərdə qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ediləcək. Əsas səbəb fərdi taksilərdə xidmət müqabilində göstərilə qiymətlərlə bağlı yaşanan xaosdur.

Müraciət qəbul edildikdən sonra qanuni şəkildə fəaliyyət göstərən fərdi taksilərdə qiymətlər xüsusi qaydalarla tənzimlənəcək.

Qiymətlərin tənzimlənməsi taksilərə fərqlənmə nişanları verildikdən sonra həyata keçiriləcək. 

Fərdi qaydada taxsi xidməti göstərən sürücülərin fərqlənmə nişanı alması iki ay ərzində yekunlaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA