21-10-2016 [18:05]
"Azercell Telekom"un dörd illik tarixi olan "Mobil Göz Klinikası” sosial layihəsi indiyə qədər valideyn himayəsindən məhrum olan minlərlə uşağa, həmçinin ahıllara və aztəminatlı ailələrə xidmət göstərib.
Klinikanın həkimləri bu ilin avqust və sentyabr aylarında da müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara dayaq durublar. Müayinə olunan xəstələrin arasında Mərdəkan qəsəbəsində, qonşusunun evində qalan tənha qadın Murzina Valentinanın iki gözündə katarakta aşkar olunub. Azercell-in, Xəzər Qayğıkeşlik mərkəzinin və TİSA beynəlxalq məktəbin tələbələri tərəfindən göstərilən yardım nəticəsində xanımın hər iki gözü uğurla əməliyyat edilib.
Azercell-in Mobil Göz klinikasının dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyinin həkim-oftalmoloqları ümumillikdə avqust və sentyabr aylarında 206 nəfərə pulsuz tibbi xidmət göstərib.
İlk olaraq Mingəçevir şəhərində valideyn himayəsindən məhrum olan uşaqlara, ahıllara və aztəminatlı ailələrə xidmət göstərilib. Həkimlər 29 böyük və 6 uşaq olmaqla 35 nəfəri müayinə ediblər. Həkimlərin geniş müayinələri nəticəsində 3 nəfərin gözündə katarakta aşkar edilib və qərara gəlinib ki, xəstələr oktyabr ayında keciriləcək pulsuz əməliyyat aksiyasından yararlansınlar.
Azercell-in Mobil Göz klinikasının həkimləri Mingəçevirdən sonra Ağstafa rayonuna səfərləri zamanı 30 nəfəri müayinə edərək, 19 nəfərə eynək reseptləri yazıb, 14 nəfərə müalicə təyin ediblər.
Azərbaycanın bölgələrinə səfərdən sonra Mobil Göz Klinikasının həkimləri Bakının bir sıra qəsəbələrində pulsuz yardımlarını davam etdiriblər. BakınınPirallahı, Qaraçuxur, Bülbülə və Mərdəkan qəsəbələrində valideyn qayğısından məhrum olan 150 nəfərə yaxın kimsəsiz uşaq və aztəminatlı ailələrin üzvləri müayinədən keçib və müalicə alıblar.
Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər ediblər. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olublar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi