18-10-2016 [14:14]
Hazırda həbsdə olan ləğv edilmiş MTN generalı Akif Çovdarov istintaqa ifadəsində "Bələdiyyələr epizodu” üzrə danışıb.
İttihamda qeyd edilib ki, A.Çovdarov yaxın dostu Adil Yaqubov vasitəsilə Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilovu yanına çağıraraq "3 ildir işləyirsən, yığdığını yığmısan, indi də gətir 100 min ver” deyib.
General "qonağı olan” bələdiyyə sədrinə digər həmkarını da tapşırıb. İ.Xəlilovdan Binəqədi bələdiyyəsinin sədri Elman Salmanova da xəbər göndərtdirib və E.Salmanovun 150 min dollar verməli olduğunu deyib.
A.Çovdarov isə istintaqa ifadəsində E.Salmanovu tanımadığını, İ.Xəlilovu isə dələduz kimi tanıdığını və hətta, İlham Xəlilovun ona "atdığını” deyib: "İlham Xəlilova Elman Salmanovdan pul almasını deməmişəm. Yəqin, İlham özü mənim adımdan istifadə edib”.
Bundan sonra A.Çovdarov İ.Xəlilovu necə tanıdığını danışıb:
"İlham Xəlilovu Adil Yaqubov vasitəsilə tanımışam. Adil Yaqubovla isə 1998-ci ildə Daxili İşlər Nazirliyində işləyəndən bəri tanışam. İlham özü dələduzdur. 2007-ci ildə qohumum İlqar "Ekologiya postu”nun yanındakı Daş bazarının yaxınlığında torpaq almaq üçün İlham Xəlilova 7500 dollar vermişdi. Hələ sonradan İlham ona minnət edərək hasar çəkdirdiyini deyib və 2 min dollar da buna görə almışdı. Amma bunu da yalandan edibmiş, çünki o hasarı dövlət onsuz da çəkirdi”.
Çovdarov İ.Xəlilovla yollarının növbəti dəfə necə kəsişməsini də açıqlayıb: "Mən İlhama hədə qorxu gəlib Adilin adına 10 hektar torpaq keçirt deməmişəm. Adil Yaqubov özü "Zəli Gölü” ərazisində 10 hektar torpaq almaq istəyib, İlham da ona kömək edəcəyini deyib. İlham guya torpağın sahiblərinə vermək üçün Adildən pul alıb, amma aldadıb. Elə həmin torpaqlar bələdiyyənin sərəncamında imiş”.
İttihama görə, İ.Xəlilov tələb olunan pulu vaxtında çatdırmadığı üçün təkrar Çovdarovun "qonağı” olub və orada general bələdiyyə sədrinə "sən generalı barmağına dolamısan? Məni yaxşı tanımırsan, səni həbs edərəm, başına torba keçirib, "podval”a ataram” deyərək hədələyib.
A.Çovdarov bu ifadəsini də, hər iki bələdiyyə sədrindən pul tələb etməsini də təkzib edib: "İlham Xəlilov bir çox adamlara pul "atıb”. İndi həmin pulları qaytarmamaq üçün, ya da vaxt udmaq üçün mənim adımı çəkir”.
Qeyd edək ki, A.Çovdarov ittiham olunduğu 25-dən çox epizodun yalnız 10-u haqqında danışıb.
Qafqazinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi