15-10-2016 [17:28]
Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Heydər Əliyev Mərkəzinin əməkdaşı tərəfindən ekskursiyanın iştirakçılarına Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri və burada yaradılmış Heydər Əliyev Muzeyi haqqında məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə məlumatlar toplanılıb.
Gənclər Ümummilli lider Heydər Əliyev barəsində media-arxivlə tanış olublar. Qeyd olunub ki, mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzinin Sərgi zalları bölməsinin birinci mərtəbəsində "Azərbaycan inciləri: tarixin axarında” sərgisi təqdim edilir. Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondunun birgə layihəsi olan "Azərbaycan inciləri: tarixin axarında” Azərbaycan tarixi və mədəniyyətinin incilərini əks etdirən bir ekspozisiyadır.
Ekskursiya iştirakçıları ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair unikal eksponatlarla, ölkənin tarixi keçmişini özündə yaşadan və müasir dinamik inkişafını təcəssüm etdirən tikililərin maketləri ilə tanış olublar.
Sonda rayon rəhbərliyi tərəfindən 5 nəfər gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi