Zakir Həsənov cəbhəboyu zonada! – FOTOLAR

img

14-10-2016 [11:41]


Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə aparılan inşaat işlərinin gedişatını yoxlayıb. 

Bu barədə Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Müdafiə naziri Zakir Həsənova məruzə edilib ki, hərbi şəhərciklərdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunmuş qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

Cəbhəboyu zonaya səfəri çərçivəsində general-polkovnik Zakir Həsənov inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

 

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA