13-10-2016 [17:22]
Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə "Azərbaycanda multikulturalizm dövlət siyasətidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatları Elman Nəsirov və Aydın Hüseynov iştirak ediblər.
İlk öncə tədbirə gələn qonaqlar ümummilli lider ümummilli lider Heydər Əliyevin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər
Tədbir Azərbaycan Respublikasının himni ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Parlamenti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirdi.
Lakin o zaman ölkənin daxilində və xaricində vəziyyətin heç də ürəkaçan olmadığını, ölkənin iqtisadi və siyasi durumu çox acınacaqlı, ərazilərimizin Ermənistan tərəfindən işğal olunaraq, çoxsaylı qaçqın və məcburi köçkünlər ordusunun yarandığını qeyd etdi. Ölkədə mürəkkəb proseslərin cərəyan etdiyini, vətəndaş müharibəsinin baş verdiyini, bunun məntiqi nəticəsi kimi Müstəqilliyimiz böyük sual altında düşdüyünü vurğuladı. Bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü ilin müstəsna əhəmiyyətə malik olduğunu fikirlərini səsləndirdi. O zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımızın ümummilli lider Heydər Əliyevə üz tutaraq, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək ulu öndəri ölkənin Prezidenti seçdiyini və bununla da xoş, firavan günlərin təməlinin qoyulduğu söyləyib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkəmizdə müstəqilliyimizin bərpasının multikulturalizm və tolerantlığın bərqərar olmasında da mühüm rol oynadığını, bu sahədə dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, bu uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycanda yaşayan bütün azsaylı xalqlar, müxtəlif dinlərə mənsub olan vətəndaşlar yumruq kimi birləşərək ölkəmizin inkişafı üçün səylə çalışırlar.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Elman Nəsirov və Aydın Hüseynov xalqımızın tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşduğunu bildiriblər. Qeyd ediblər ki, 1991-ci ilin 18 oktyabr tarixində əzmkarlıq bahasına başa gəlib. Qazanılan bu uğurun həm daxili, həm də xarici düşmənlərin hesabına itirilmək təhlükəsində olduğuna baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını alıb, Ermənistanla atəşkəsə nail olub və Azərbaycanda inkişafın təməli qoyulub. Azərbaycan ordusu yenidən təşkil edilib, nizam-intizam gücləndirilib. Mühüm siyasi və iqtisadi islahatlara başlanılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib.
Natiqlər vurğulayıblar ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda, dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Milli mənəvi dəyərlərimiz sırasında xüsusi yer tutan tolerantlığın qorunub saxlanmasını və zənginləşdirilməsini yüksək qiymətləndirdilər. Bütün bu xeyirxah missiyanın həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının mühüm rol oynadığı da qeyd olundu. Bildirildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan bir çox sahələrdə olduğu kimi, tolerantlıq və dini dözümlülük baxımından da nümunə göstərilir.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yekunlaşdıraraq qonaqlara təşəkkürünü bildirib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi