"Gәlin, eyforiyaya qapılmayaq” - Rövnəq Abdullayev

img

12-10-2016 [09:55]


AFFA-nın prezidenti Rövnәq Abdullayev milli komanamızın DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə keçirdiyi oyundan danışıb.

Qol.az xəbər verir ki, Abdulayev bu nəticəni gözlənilməz adlandırıb: "Әla nәticәdi. Komandanı tәbrik edirәm. Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq”.

"Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq” sualını AFFA prezidenti belə cavablandırıb: "Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA