Zakir Həsənov xüsusi təyinatlılarla bir arada - Poliqonda (FOTOLAR)

img

11-10-2016 [17:04]


Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün hərbi qulluqçuların atəş və taktiki hazırlıq məşqləri keçdiyi təlim-atış mərkəzində olub.

Mia.az nazirliyə istinadən xəbər verir ki, Zakir Həsənova poliqon haqqında məlumat verilərək bildirilib ki, ərazidə cəbhə xəttindəki vəziyyətin modelləri vasitəsilə real döyüş şəraitinə uyğun təlimlərin keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün şərait yaradılıb.

Poliqonda şəxsi heyət silahlanmada olan atıcı silahlar, minaatanlar və qumbaraatanlardan istifadə etmək bacarığını daha da təkmilləşdirmək və təcrübələrini artırmaq imkanı əldə edir.

Müdafiə naziri atış, taktiki sahə, kəşfiyyat, snayper hazırlığı kursu və digər təlim nöqtələrində praktiki hazırlıq çalışmalarını izləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA