11-10-2016 [16:05]
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan "Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AMEA-dan Mia.az-a verilən məllumata görə, müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çoxsaylı alim və mütəxəssis heyəti "Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən ("Web of Science”) istifadə imkanı əldə edəcək:
""Web of Science” yüksək indeksli jurnalların, kitabların, konfrans materiallarının və digər nəşrlərin əhatəli toplusuna malik olan, dünyada elmi yeniliklər və təhlil üzrə qızıl standart kimi qəbul edilən biliklər bazasıdır. "Thomson Reuters Web of Science” platformasına üç əsas: "Genişləndirilmiş Elmi İstinad İndeksi” (Science Citation İndex Expanded), "İctimai Elmlər İstinad İndeksi” (Social Sciences Citation İndex), "İncəsənət və Humanitar Elmlər İstinad İndeksi” (Arts and Humanities Citation İndex) kataloqu daxildir. Müvafiq elm sahələrini əhatə edən hər üç kataloq Azərbaycan istifadəçiləri üçün mühüm əhəmiyyət kəsb edir.
Müqavilə çərçivəsində "Thomson Reuters” təşkilatının mütəxəssisləri tərəfindən bu bazaya daxil olan jurnallarda məqalələrin dərc olunması qaydaları, elmi müəssisələrdə əldə olunan yeniliklərin və alimlərin beynəlxalq aləmdə tanınması və s. bu kimi müxtəlif mövzularda mütəmadi olaraq seminar və treninqlər keçirilməsi nəzərdə tutulur".
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Thomson Reuters” ilə əməkdaşlığı yüksək dəyərləndirdi və bu Müqavilənin Azərbaycanda elmin inkişafına, onun dünyada nüfuzunun artmasına səbəb olacağını və ayrı-ayrı tədqiqatçılar üçün yeni imkanlar açacağını bildirib.
Akademik A.Əlizadə son illər AMEA-nın elmi müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, Akademiyada multidissiplinar tədqiqatların inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atıldığını, elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə laboratoriyaların qabaqcıl texnologiyalar və avadanlıqlarla təmin olunduğunu, gənc alim və mütəxəssislərin dünyanın müxtəlif elmi təşkilatlarında təcrübə keçməyə göndərildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra tədbirdə "Thomson Reuters” təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan Bazarlar üzrə baş direktoru Viji Krişnan qeyd edib ki, "Thomson Reuters” təşkilatının nümayəndələri AMEA ilə əməkdaşlığını növbəti mərhələyə keçirməkdən məmnundur:
"İmzaladığımız Müqaviləyə əsasən, yüzlərlə azərbaycanlı tədqiqatçı beynəlxalq bilik mərkəzləri ilə uğurlu əməkdaşlıq qurmaq və yerli imkanları maksimum inkişaf etdirmək üçün 20 milyon istifadəçisi olan nüfuzlu "Web of Science” bazasına qoşulmaq imkanı əldə edəcək".
O, həmçinin əlavə edib ki, "bizim üçün, AMEA ilə əməkdaşlıq Azərbaycan Respublikası ilə əlaqələrimizin tarixində çox mühüm mərhələdir. Biz peşəkar dialoqumuza xüsusi əhəmiyyət veririk, AMEA və onun elmi-tədqiqat institutları ilə güclü ümumi proqram yaratmağa nail olacağımıza inanırıq”.
Daha sonra tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA və "Thomson Reuters” arasında əməkdaşlığın Azərbaycan elmi üçün geniş perspektivlər açdığını qeyd edib.
Akademik gələcəkdə AMEA-nın magistrant və doktorantlarının səmərəli elmi axtarışlar aparması, innovativ elmi nəticələr əldə etməsi baxımından bu elmi bazadan faydalanmağın əhəmiyyətini diqqətə çatdırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi