Milyonçu iş adamı: "Bu olanlar sənə lazım idi?" - 20 milyonluq fırıldaq
07-10-2016 [11:53]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə baxış iclası baş tutub.
Zərərçəkmiş Gülağa Qəmbərov (Şair Gülağa Tənha) istintaqa verdiyi ifadəsini təsdiq edib:
"Mən 19,5 milyon pulu İlham müəllimə verdim. Bugünkü problemləri o, yaradıb.
Ona dedim ki, oliqarx adamsan, 1 milyon xərcləmisən, nolsun ki? Bu olanlar sənə lazım idi? İlham Qasımov 10 milyona ev tikməli idi, əlavə 5 milyon da işləri tamamlamaq üçün aldı. Camaatın bir hissəsi köçəndən sonra yenə dedi pul lazımdı.
Məni aparıb bir tikinti gedən ərazini göstərdi, dedi bax, biz burdan çoxlu pul qazanacağıq. Mən təcili banka zəng etdim, ordan 3 milyon dollar pul götürdüm.
Sonra tikinti sahəsində olan Cəbrayıl müəllimdən soruşdum ki, belə bir adamla iş görürəm. Dedi İlham mənə 2 milyon pul atıb. Mənə göstərdiyi yer də Şakir adlı adamın imiş, o da insanları aldatdığı üçün həbsdədir.
Cəbrayıl müəllim dedi ki, Şakir "yuxarılara" atdığı üçün o ərazini heç kim ala bilməz, pul qoysan batacaq. Mən bunu İlhama deyib pulumu istəyəndə məni, ailəmi təhqir etdi.
Buna görə vəkilim vasitəsilə lazımi yerlərə müraciət etdik. Onda da məni şantaj etməyə başladı. İlham SOCAR-a da 7 milyon dollar "atıb”, təxminən pul atdığı 40 nəfər hələ polisə şikayət etməyib. Amma bundan hələ 1 manat da ala bilməmişik”.
Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-
cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.
Qafqazinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi