06-10-2016 [14:49]
Binəqədidə çoxmərtəbəli binada baş verən yanğınla bağlı bu gün növbəti məhkəmə prosesi keçirilib.
Mia.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər sərbəst ifadə verib.
Məhkəmə prosesində təqsirləndirilənlərdən Ələkbər Əsgərov və Uğur Bəşirov növbəti məhkəmə prosesində ifadə vermək üçün vaxt istəyiblər.
Digər təqsirləndirilən şəxs Binəqədi Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq müdiri Ədalət Rəcəbov isə sərbəst ifadə verib.
Özünü təqsirli bilməyən Ə.Rəcəbov çıxışında qeyd edib ki, yanğının baş verdiyi binada üzləmə işləri başlayandan 1 ay sonra Mənzil Kommunal Təfərrüfat Birliyinin rəhbəri təyin olunub.
O, qeyd edib ki, binanın üzlənməsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sifariş olunub və onların bu işə heç bir halda müdaxilə etməsi mümkün deyildi: "2012-ci ilin aprel ayında binanın üzlənmə işlərinə başlanılıb. Bununla bağlı Binəqədi rayon icra başçısının məktubu da var. Həmin ilin may ayının 25-də mənim əmrim verilib və Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbəri təyin olunmuşam. Bizim birlik Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinə tabe idik. Binanı Rayon İcra Hakimiyəti üzləyirdi. Bizim birlik yalnız binalarda və rayon ərazisində təmizlik işlərinə məzarət edirdik".
Ə.Rəcəbov 2013-cü ilin iyun ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin rəhbəri təyin olunub.
O, qeyd edib ki, şöbə rəhbəri təyin olunarkən artıq binanın üzləmə işləri yekunlaşırdı: "Həmin ərəfədə artıq işin təhvil-təslim mərhələsi idi. İşlərin təhvil verilməsini podratçı şirkət, təhvil alınmasını isə sifarişçi tərəf həyata keçirirdi. Mənim bu işdə heç bir rolum olmayıb. Tərəflər arasında əlaqələndirici şəxs də olmamışam. Heç bir təhvil-təslim işlərində iştirakım olmayıb".
Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla bağlı sərbəst ifadəsinin davamında bunları əlavə edib: "İttiham aktında qeyd edilir ki, guya biz bir qrup şəxslə qabaqcadan əlbir olaraq yanğın baş verən binanın üzlənməsini həyata keçirmişik. Ancaq burada olan şəxslərdən yalnız iki nəfəri tanıyırdım. Bir icra başçısının birinci müavini Qəzənfər müəllimi, bir də 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami müəllimi… Onları da bir iş yoldaşı kimi. Miryusif Mahmudovla da yalnız bircə dəfə 2014-cü ildə telefonla danışmışam. Qalan şəxsləri isə burada və Kürdəxanıda görmüşəm. Necə qabaqcadan əlbir ola bilərdik? Mən layihə smeta sənədlərinin hazırlanmasında da ittiham olunuram. Ancaq heç bir halda buna səlahiyyətim çatmırdı. Digər bir ittihamda isə qeyd edilir ki, mən binaya üzlüklər vurularkən qaydalara əməl olunmayıb, səhlənkarlığa yol verilib. Mən qeyd etdim ki, bu işlə heç bir bağlılığım yoxdur. Binanın üzlənməsi zamanı görülən işlərə heç bir müdaxiləm olmayıb, hazırlanan sənədlərdə bir imzam da yoxdur. Olsa idi cinayət işi materiallarında da yer alardı. Bəs, mən necə həmin materialların yanlış vurulmasında ittiham oluna bilərəm? Heç mütəxəssis də deyiləm ki, bu haqda fikir bildirim. Mənim bu işdə təqsirli olduğumu sübut edən bir fakt belə yoxdur. Nə də ittiham olunduğumu, niyə həbs edildiyimi bilmirəm".
Prosesin davamında təqsirləndirilən şəxs dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.
Ədalət Rəcəbov çıxışında bildirib ki, o, təsərrüfat şöbəsinin rəhbəri olduğu halda özündən yuxarıda vəzifədə olan şəxslərin işlərini heç bir halda sorğu-sual edə bilməzdi.
Təqsirləndirilən "JEK" müdiri Nizami Orucov da sərbəst ifadə verib. O da ifadəsində binanın üzlənəcəyi ilə bağlı məlumatı rayon icra hakimiyyətinin əməkdaşlarından öyrəndiyini deyib.
N.Orucov ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilmədiyini deyib: "Hər gün saat 7-də işdə olurdum. Binaların həyətində təmizliyə, süpürgəçilərin işinə nəzarət edirdik. Mən işi görənlərdən dəfələrlə aşağı vəzifədə idim. Onların işinə necə müdaxilə edə, nəsə deyə bilərdim ki? Təqsirləndirilənlərdən də yalnız icra hakimiyyətinin işçilərini tanıyıram. Onlarla əvvəlcədən əlbir olmaq ittihamı əsassızdır".
Məhkəmədə təqsirləndirilən Miryusif Mahmudov söz istəyib.
O, məhkəməyə belə bir sual ünvanlayıb: "Cənab hakim, ittihamda bizim təqsirləndirilən şəxlərlə əlbir olub, qabaqcadan bu işi görməyimiz barədə yalan və şər məlumat yazılıb. İnşallah ki, biz buradan çıxsaq, bu yalan ittihama görə şikayətimizi kimə edək?".
Hakim Əfqan Hacıyev isə deyib ki, bu barədə vəkillərinə müraciət etməlidir.
Məhkəmə prosesi oktyabrın 11-də davam etdiriləcək.
Qeyd edək ki, baş verən yanğından sonra binaların üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, "Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, Binəqədi Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri. Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, "poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, "poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi