05-10-2016 [15:54]
AMEA-nın Dendrologiya İnstitutunda böyük rus şairi Sergey Yeseninin anadan olmasının 121-ci ildönümünə və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin S.Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin yeni ekspozisiyasının açılışına həsr olunan elmi, ədəbi-musiqili tədbir keçirilib.
AMEA-dan Mia.az-a verilən məlumata görə, öncə S.Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin yeni ekspozisiyasının açılışı baş tutub.
Tədbiri giriş sözü ilə AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov açaraq öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymuş görkəmli rus şairi Sergey Yeseninin həyat və yaradıcılığından danışıb.
O, Yeseninin ilk memorialının 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, şairin anadan olmasının 80 illiyi münasibətilə açıldığını bildirib. Natiq Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini önə çəkib.
R.Hüseynov hər il oktyabrın 3-ü Yeseninin doğum gününün Azərbaycanda da qeyd olunduğunu xatırladaraq onu "sadəliyin şair”i adlandırıb: "Bu xüsusiyyət Yesenin kimi şairlərə xasdır”.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək böyük rus şairinin həyat və yaradıcılığına həsr olunmuş tədbiri yüksək qiymətləndirib. Alim Yeseninin dünyanın əvəzedilməz, özünəməxsus yazarlarından biri olduğunu vurğulayaraq, bu tədbir vasitəsilə şairi bir daha xatırlamaqdan məmnunluq duyduğunu dilə gətirib. A.Əlizadə təqdim olunan ekspozisiyanın Yeseninin Azərbaycan və azərbaycanlılara olan sevgisinin əksi olduğunu bildirib: "Bu ekspozisiyanın yaradılmasında əsas məqsəd görkəmli şairin xatirəsini əbədiləşdirməkdir. Yesenin təkcə rus xalqının deyil, bizim də sevimli şairimizdir. Azərbaycana, xüsusən də Bakıya olan sevgisi şairin zəngin yaradıcılığında öz əksini tapıb”.
Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin S.Yeseninin 121 illiyinin Azərbaycanda qeyd edilməsini iki ölkə arasında ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycanda rus ədəbiyyatına göstərilən diqqət və məhəbbət, rus yazıçı və şairlərinin yubileylərinin keçirilməsi ənənəsi olduqca təqdirəlayiq haldır.
Səfir təşkil edilmiş ekspozisiyanın şairin həyat və yaradıcılığını geniş şəkildə əks etdirdiyini vurğulayaraq, bütün yeseninşünasları bu guşə ilə tanış olmaq üçün Azərbaycana dəvət edib.
Şairin keçdiyi çətin və keşməkeşli həyat yolundan söz açan səfir onun 50-dən çox şeiri və iki poemasını məhz Azərbaycanda qələmə aldığını xatırladıb. Bu əsərlərin ərsəyə gəlməsində Şərqin, xüsusilə Azərbaycanın xidmətləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Yeseninin Azərbaycanda yazdığı şeirlər onun poeziyasının ən qiymətli əsərlərindəndir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Yeseninin rus romantikası və lirikasının öndə gedən nümayəndələrindən biri olduğunu deyib. Ədəbiyyatın bu növünün Yeseninin doğumundan əsrlər əvvəl yaranmasına baxmayaraq, şairin bu axının parlaq simalarından birinə çevrildiyini vurğulayıb. Şairin insanların gündəlik həyatını öz əsərlərində sadə dillə ən gözəl şəkildə ifadə etdiyini bildirib. O, Yeseninin əsərlərinin dəfələrlə Azərbaycan dilinə tərcümə olunduğunu, məqalələrinin Azərbaycanın ədəbi nəşrlərində bugünədək dərc edildiyini xatırladıb. Həmçinin Azərbaycan alimi İsaxan İsaxanlının Yeseninin həyat və yaradıcılığına dair doktorluq dissertasiyası üzərində işlədiyini diqqətə çatdırıb.
Akademik bildirib ki, 1925-ci ilin may-iyun aylarında şairin sonuncu işıq üzü görmüş kitabı olan "Persidskiye motivı” onun Bakının Mərdəkan qəsəbəsində yaşadığı vaxt qələmə aldığı şeirlər toplusudur.
İsa Həbibbəylinin sözlərinə görə, rus ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan Yeseninin əsərləri təkcə rus xalqı deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun rus xalqının arzuları və zəkasının parlaq ifadəsi olan əsərləri bir çox dillərə tərcümə olunub.
Tədbirdə Rusiyanın Ryazan vilayətinin Mədəniyyət və Turizm naziri Vitaliy Popov, Konstantinova kəndində yerləşən Yesenin adına Dövlət Qoruq Muzeyinin direktoru Boris İoqanson və digər cıxış edənlər böyük şairin həyat və yaradıcılığına dair fikirlərini bölüşərək, bu gün Yeseninin sadə şeirlərinə bəstələnən mahnıların bütün dünyada sevə-sevə dinlənildiyini qeyd ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi