04-10-2016 [23:19]
1999-cu ildə Keniyada Yunanıstan səfirliyində gizlənən PKK terror təşkilatının lideri Abdulla Öcalanı Mossad tutub.
İllər sonra bununla bağlı faktlar ortaya çıxıb.
Keniya kəşfiyyatının adını açıqlamayan üzvü bildirib ki, Yuanıstan səfirliyinə əməliyyat Mossad tərəfindən həyata keçirilib.
Onun sözlərinə görə, əməliyyatın kod adı "Oyanıq” (Watchful) idi.
Məlumatlara görə, həmin dövrdə Türkiyənin baş naziri olan Bülənt Ecevit İsrailin o dövrdə baş naziri olan Bencamin Netanyahuya zəng edərək, "Mossad bizə Öcalanı izləmək və tutmaq üçün kömək edə bilərmi?” deyə soruşub. Netanyahu müsbət cavab verib. Lakin Ecevitə "bu işin içində Mossad olduğu heç bir vaxt bilinməyəcək. Öcalan həbs olunan vaxt bunun sadəcə türklər tərəfindən keçirilən əməliyyat nəticəsində mümkün olduğunu açıqlayacaqsınız” deyə bildirib.
Hər iki lider razılaşır. Ardınca Netanyahu Mossadın rəhbəri Efraim Halevinə zəng edir və 6 nəfərlik qrup formalaşdırmağı tapşırır.
Mossad şefi əməliyyat qrupuna sadəcə Öcalanı izləmələrini, əmr verilmədiyi təqdirdə heç nə etməməyi tapşırır. İlk təqib Romada başlayır. Casus qrupunda iki texniki işçi və bir qadın da var idi. İlk plana görə, qadın casus Öcalanla yaxınlıq quracaq və beləliklə onu izləmək daha asan olacaqdı. Lakin Öcalanın İtaliyanı tərk etməsi bu planı təxirə salır.
Öcalan İtaliyanı tərk edəndən sonra getdiyi İspaniya, Mərakeş, Tunus, Suriya və Portuqaliyada Mossad casusları tərəfindən izlənilir. Hollandiya kəşfiyyatçısının bir üzvü Amsertdamdakı Mossad agentinə "Öcalan təyyarə ilə Keniyanın paytaxtı Nayrobiyə gedir” məlumatını verir. Mossadın casus qrupu dərhal Keniyaya yola düşür. Fevralın 5-də artıq onlar Keniyada idilər. Mossad və Keniya kəşfiyyatı çox yaxşı münasibətlərə malik idilər.
Mossad CİA-nın köməyi ilə Öcalanın Yunanıstan səfirliyində gizləndiyini aşkarladı. Dərhal səfirlik dinlənilməyə başlandı. Dinləmə səfirliyin qarşısındakı binadan aparılırdı.
Nəhayət, Mossad şefindən əmr gəlir: Öcalanı ilk fürsətdə tutun. Mossad casusları Öcalanın mühafizəsinə sızmağı bacarırlar. Belə ki, mühafizəçilərdən biri "Norfolk” otelində içki içərkən səlis kürd dilində danışan casus ona yaxınlaşır və dostluğunu qazanır. Mühafizəçidən öyrənir ki, Öcalanın sığınacaq almaq istədikləri ölkələr onu rədd edir və buna görə çox hirslidir.
Plan uğurlu alınır və Öcalan 1999-cu ilin 16 fevral tarixində üzərində yunan Kiprin pasportu ilə həbs olunur. "Bordoberelilər” onu təyyarə ilə Türkiyəyə gətirirlər.
Mossadın həmin dövrdə şefi olan Efraim Halevi də təqaüdə çıxandan sonra yazdığı kitabda Öcalanın tutulması əməliyyatını onların keçirdiyini etiraf edib.(Publika.az )
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi