03-10-2016 [20:02]
Bu gün Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib. QHT-lərin üzləşdikləri problemlərin müzakirəsinə həsr olunan toplantıda Platforma üzvü olmayan QHT-lər və beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri də iştirak ediblər.
Toplantı iştirakçılarını açıq müzakirələrə dəvət edən platformanın koordinatoru Əliməmməd Nuriyev qeyd edib ki, əsas məqsəd mövcud problemlər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılması və hökumətə müvafiq təkliflər verilməsidir. Ə.Nuriyev bildirib ki, hökumət bu məsələlərin müzakirəsinə açıqdır və Platformadan müvafiq təkliflər gözləyir. Platforma koordinatoru əlavə edib ki, 2014-cü ilin sonunda və 2015-ci ildə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi praktikada problemlər yaradıb və vətəndaş cəmiyyətinin səmərli fəaliyyətinə nail olunması üçün "yol xərtiəsi” hazırlanması çox vacidbir. Bu "yol xəritəsi”nin əsasını isə məhz QHT-lərin təklifləri təşkil etməlidir. Onun sözlərinə görə, vəziyyətin yaxşılaşdırılması üçün bütün maraqlı tərəflərin təşəbbüslərinə ehtiyac var.
Ə.Nuriyev qeyd edib ki, toplantıda dövlət qurumlarını Azərbaycan Respublikasının Prezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının iki nümayəndəsi, Fərasət Qurbanov və Sahib Məmmədov təmsil edir: "Xatırladım ki, Platformada 10 dövlət qurumunun, parlamentin nümayəndələri təmsil olunur. Bugünkü tədbirin formatı elə seçilib ki, məhz QHT-lər öz fikirlərini bölüşsünlər. Bundan sonra isə növbəti toplantılarda dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılacaq”.
Müzakirələr zamanı QHT-lərin üzləşdikləri müxtəlif problemlər qaldırılıb, onların həlli yolları, normativ-hüquqi bazada dəyişiklikləri nəzərdə tutan təkliflər irəli sürülüb. Ümumilikdə, müzakirələr zamanı 27 QHT nümayəndəsi çıxış edərək, bu və ya digər məsələlərlə bağlı rəylərini bölüşüblər.
Toplantının sonunda QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov səslənən fikirlərə münasibət bildirib və öz fikirlərini bölüşüb. O, qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası bu məsələlərin həlli ilə bağlı mütəmadi olaraq QHT-lər və dövlət orqanları ilə müzakirələr aparır, təkliflərini verir. Şura bu istiqamətdə təşəbbüslərə dəstək verməyə hazırdır. Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaranması isə bu istiqamətdə yeni imkanlar yaradıb.
Müzakirələri yekunlaşdıran Ə.Nuriyev sualları cavablandırıb və qeyd edib ki,Platforma peşəkarlar, ixtisaslaşmış QHT-lər üçün açıqdır. Platformada Azərbaycan vətəndaş cəmiyyətinin bütün spektrini əhatə edən aparıcı QHT-lər təmsil olunub. Onun sözlərinə görə, toplantıda səslənmiş fikirlər hamısı qeydə alınıb və sistemləşdirilərək, Platforma adından hökumətə təqdim ediləcək. Eyni zamanda təkliflərin, konkret məsələlərin dövlət qurumları ilə birgə peşəkar müzakirəsi üçün İşçi Qrup yaradılması təklifi də müzakirə ediləcək.
Ə.Nuriyev Platormanın məqsədi, fəaliyyəti, prinsipləri ilə bağlı bəyanat layihəsini müzakirəyə təqdim edib. Platforma üzvlərinin təklifləri nəzərə alınmaqla Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının Bəyanatı qəbul olunub.
Bəyanatda qeyd olunur ki, Platformada birləşən QHT-lər Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünün Azərbaycanda tətbiqinə ictimai nəzarətin gücləndirilməsinin vacib olduğunu bəyan edir və Platformaya Hökumətlə davamlı və səmərəli dialoq imkanı kimi baxırıq: "Hesab edirik ki, ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə dair hüquqi mühitin təkmilləşdirilməsinə və bu qurumların fəaliyyəti üzrə praktiki çətinliklərin aradan qaldırılmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına, habelə idarəetmədə ictimai iştirakçılığın və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə Platforma çərçivəsində hökumətlə uğurlu nəticələrə nail ola biləcəyik.
Bu Platforma üzrə səmərəli və pozitiv dialoq prosesində mandatları çərçivəsində ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və diplomatik missiyaların iştirakına ümid edirik.
Bir daha bəyan edirik ki, Platformaya üzvlük açıqdır və onun fəaliyyəti demokratik prinsiplərə əsaslanır. Platforma, onu məqsədləri və fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edən bütün yerli və xarici (beynəlxalq) təşkilatlarla əməkdaşlığa hazırdır”.



Əlavə məlumat üçün əlaqə:
E-mail: nuriyevalimammad@gmail.com
Telefon: (+99412) 4925726
Mobil: (+99050) 2232929
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi