Azərbaycan Konqoya 10 ədəd zirehli transportyor satacaq – Rəsmi

img

30-09-2016 [08:57]


Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 10 ədəd "Təkmilləşdirilmiş ZTR-70 maşını” Konqo Respublikasına ixrac ediləcək. 

Bu barədə APA-ya MSN-in "Aqreqat” İstehsalat Birliyi Bakı "Cihazqayırma” Zavodunun zirehli texnikanı təkmilləşdirmə sexinin rəisi Tələt Qədirov məlumat verib.

O bildirib ki, 10 ədəd zirehli transportyorun Konqo Respublikasına satılması müqavilə əsasında həyata keçiriləcək.

Qeyd edək ki, yüksək manevrli təkərli döyüş maşını olan "Təkmilləşdirilmiş ZTR-70 maşını” silahla təchiz olunub. 

Maşın uzun məsafə qət etmək, yüksək dinamik keyfiyyətlər və yüksək seçmə qabiliyyətinə malikdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA