Avropa İttifaqının müşahidə qrupundan referendumla bağlı – Bəyanat

img

27-09-2016 [12:57]


Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət müşahidə qrupu Azərbaycanda keçirilən referendumun nəticələri ilə bağlı bəyanat yayıb.

Mia.az həmin bəyanatı da təqdim edir:

"Avropa İttifaqı Regional Komitəsinin 4 üzvündən ibarət müşahidə qrupu Konstitusiya dəyişikliklərinə dair 26 sentyabr 2016-cı il tarixində keçirilən referendumu müşahidə etmək üçün Azərbaycana gəlib və səsvermə günü prosesi izləyib. Müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan konstitusiya dəyişikliklərinin məzmunu və legitimliyini araşdırdı və ümumxalq səsvermə günü 2 dairənin 10 məntəqəsində səsvermə prosesini izlədi. Müşahidə qrupu araşdırmalar və müşahidələr əsasında aşağıdakı nəticələrə gəldi:

Referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib. 

Referenduma çıxarılan dəyişikliklər əsasən ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsiə xidmət edir.

Müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səvermənin gedişini izləməsinin şahidi oldu.

Səsvermə prosesi texniki və təşkilatı baxımından yaxşı təşkil olunmuşdu. Məntəqələrdə seçici aktivliyi yüksək idi və səsvermə dinc şəraitdə həyata keçdi. Hər hansı bir zəzurət olmadan polisin və yerli icra hakimiyyəti nümayəndələrinin seçki məntəqələrinə daxil olması və səsvermə prosesinə müdaxiləsini müşahidə etmədik.

Beləliklə, belə nəticəyə gəlirik ki, referendum legitimdir və Azərbaycan xalqının müstəqil iradəsini əks etdirir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA