23-09-2016 [23:11]
Berlində azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) düşmənlərinə qarşı türk və çeçen mafia klanları birləşib.
Bu barədə kriminal aləmə yaxın olan mənbə məlumat verib.
Klanların birləşməsi Rövşən Lənkəranskinin yaxın dostu və Avropa "obşakı"na (xəzinəsinə) nəzarət edən çeçen Həmzət Qastamirovun (Şeyx Həmzət) təşəbbüsü ilə baş verib.
Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib.
Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir.
Türk və çeçen mafioz klanları 2013-cü il yanvarın 13-də öldürülmüş Aslan Usoyanın (Ded Xasan) klanına qarşı birləşib.
Bülənt Bafralı (solda) və Şeyx Həmzət
Mənbə, həmçinin qeyd edib ki, Rövşən Lənkəranskinin Ded Xasanın adamları ilə düşmən münasibətlərinə baxmayaraq, birincinin qətlini öz həmvətənləri — azərbaycanlılar həyata keçiriblər.
Xatırladaq ki, avqustun 17-dən 18-nə keçən gecə İstanbulda Barbarossa bulvarında Canıyevə hücum edilib. İki killer avtomat silahdan, içərisində Rövşən Canıyevin olduğu "Range Rover" markalı avtomobil işıqforda dayananda, ona atəş açıb. Canıyev və sürücüsü çoxsaylı güllə yarası alıb və bir müddət sonra hər ikisi keçinib. Ümumilikdə isə mafioz klanlar arasında mübarizə iri gəlir uğrunda — Rusiya ərzaq bazarı və ticarət obyektləri uğrunda gedib. Rövşən Lənkəranski də bu müharibənin qurbanı olub. Qeyd edək ki, Bülənt Bafralı əvvəllər qəsdən adam öldürmə, adam oğurluğu, silah satmaq və "reket" ittihamı ilə məsuliyyətə cəlb olunub. Sedat Şahin isə 2014-cü ilin dekabrında öldürülmüş İstanbul mafiyasının "xaç atası" Vedat Şahinin qardaşıdır və kriminal aləmdə qardaşından az nüfuza malik deyil. Mənbənin qeyd etdiyinə görə, Almaniyada onlar özlərini rahat hiss edurlər və polislə problemləri yoxdur.
Sputnik.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi