Hollandiyalı məşhur futbol ulduzu Bakıya gələcək – Səbəb

img

23-09-2016 [22:48]


Hollandiyalı məşhur futbol ulduzu, bir zamanların sevimlisi Ruud Qullit Azərbaycana gələcək.

Mia.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, UEFA Avro-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün xüsusi qonaq qismində dünya futbolunun tanınmış simalarından biri, Avro-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit paytaxtımıza gələcək.


Qeyd edək ki, mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA