Baş məşqçi istefa verdi, "AZAL" rəhbərliyi qoymadı

img

22-09-2016 [12:35]


Maliyyə problemləri ilə üzləşən AZAL futbol klubunun rəhbərliyi baş məşqçi Tərlan Əhmədovu istefa vermək niyyətindən çəkindirib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, ötən mətbuat konfransında klubdakı problemləri dilə gətirərək, getmə ehtimalından danışan baş məşqçini postunda saxlamaq üçün "təyyarəçi”lər danışıqlara başlayıb. Klub rəhbərliyi Tərlan Əhmədovla danışaraq ona vəziyyətin yaxşılaşacığı ilə bağlı söz verib. 


Bundan əlavə, rəhbərlik məşqçini komandanın maaş probleminin də qismən həll ediləcəyinə inandırıb.

Bundan sonra T. Əhmədov klubda qalıb işləməyə razı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA