22-09-2016 [10:35]
Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) "Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması üzrə təlimlər” adlı layihəsi çərçivəsində 4 günlük təlim təşkil edib.
Mia.az xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən DANİB sədri Elməddin Behbud təşkilatın fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihələrdən və dövlət gənclər siyasətindən danışıb.
DANİB sədri gənc nəslin müasir və müstəqil Azərbaycanın qurulmasında yaxından iştirak etdiyini qeyd edib.
E. Behbud hazırda həyata keçirdikləri layihənin GF-nin dəstəyi ilə həyata keçirdikləri 5-ci layihə olduğunu qeyd edib.
Layihənin gənclərin şəbəkələşməsi və regionlarda mövcud olan problemlərin həlli üçün resursların birləşdirilməsi ilə daha effektiv həlli yolunun tapılması baxımından əhəmiyyətini vurğulayan təşkilat sədri gəncləri fəal olmağa çağırıb: "Təlimdə iştirak etmək üçün ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan 300-ə qədər gənc müraciət etmişdi ki, bu da onların layihəyə olan böyük marağını göstərir. Düşünürük ki, regional təşəbbüs qrupları həm yerləşdiyi bölgədə gənclərin ictimai aktivliyinin güclənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin fəallığının artırılmasına və həmdə gənclər arasında mübadilə və qarşılıqlı əməkdaşlıq imkanlarının yüksəlməsinə, onların resurslarını birləşdirməsinə müsbət töhfə verə bilər”.
Ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil etdiyini deyən təşkilat sədri dövlət gənclər siyasətinin məqsədinin ölkə gənclərinin hərtərəfli inkişaf etdirilməsi olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov dövlətin gənclərə olan qayğısından söz açaraq təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. O. Ərəbov gəncləri dövlətin yaratdığı müasir imkanlardan istifadə edərək cəmiyyət üçün faydalı ola biləcək layihələrlə Fonda müraciət etməyə çağırıb.
"Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması üzrə təlimlər” layihəsi çərçivəsində keçirilən təlimdə ölkənin müxtəlif regionlarını təmsil edən (Samux, Lənkəran, Göyçay, Gəncə, Saatlı, Füzuli, Beyləqan, Mingəçevir, Ucar, Salyan, Ağstafa, Biləsuvar) 20 gəncə 4 gün müddətində qeyri- formal təhsil üsulu ilə vətəndaş cəmiyyətinin əsas ünsürlərindən olan təşəbbüs qruplarının yaradılma məqsədi, fəaliyyət dairəsi, vəzifələri və gənclərin ictimai təşəbbüskarlığının artırılmasındakı rolu haqqında zəruri məlumatlar verilib.
Təlimin sonunda iştirakçılara "Setfikatlar" təqdim olunub.
Qeyd edək ki, layihəylə bağlı sosial şəbəkələrdə gənclər tərəfindən xeyli sayda rəylər yazılıb və paylaşımlar edilib.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi