“Əgər bu uzrxahlığı eşitsəm,..." - Baş məşqçidən xəbərdarlıq

img

20-09-2016 [22:26]


Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Yaya Turenın adının Çempionlar Liqası üçün sifariş ərizəsinə salmamasına münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, "Mirror” nəşrinə açıqlamasında Qvardiola bildirib ki, belə qərar vermək ona asan olmayıb:

"Bu, məcburi addım idi. Ture ilə yanaşı Qarsiya da siyahıya düşə bilməyib. Çünki onlara heyətdə yer olmadı”.

Qvardiola bildirib ki, son vaxtlar onun ünvanına müxtəlif tənqidlər səsləndirən Yaya Turenin meneceri Dmitri Selyukdan üzr istəməyi gözləyir:

"Əgər bu uzrxahlığı eşitsəm, o zaman Ture yenidən komandanın əsas oyunçularından biri olacaq və digər futbolçular kimi meydana çıxa biləcək”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA