19-09-2016 [13:45]
Bu gün Nərimanov rayonunda referendum üzrə "Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun növbəti görüşü keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə referendum üzrə "Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi, "Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud və referendum üzrə "Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupun vəkili, "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə "Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupun vəkili, "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev açaraq tədbir iştirakçılarını salamlamış və "Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu adından onlara tədbirdə iştirakına görə öz minnətdarlığını bildirmişdi. N.Mehdiyev 26 sentyabrda keçiriləcək referendumla əlaqədar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və 24 QHT tərəfindən Referendum üzrə "Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun 4 avqust tarixində təsis edildiyini və referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaş cəmiyyəti tərəfindən dəstəkləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ilə bağlı məruzə ilə çıxış edən Elməddin Behbud sentyabrın 26-da reallaşacaq referendum aktının mahiyyəti haqqında rayon ictimaiyyətinə geniş məlumat vermişdir. O bildirmişdir ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından keçən 21 il ərzində reallaşacaq bu referendum sayca keçiriləcək üçüncü referendumdur. Yəni, bu 21 il ərzində 2002-ci il avqustun 24-də, daha sonra 2009-cu il martın 18-də keçirilmiş referendumların əhəmiyyəti və mahiyyəti haqqında, eləcə də hazırkı keçiriləcək referendum aktının 29 maddədən, yəni, 23 maddəsinə təklif olunan dəyişiklik və əlavə 6 maddənin mahiyyəti barədə danışmışdır. Elməddin Behbud həmçinin konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin 3 blokda cəmləşdiyinin mahiyyəti üzrə izahat vermişdir. Ümumilikdə konstitusiyaya ediləcək bu əlavə və dəyişikliklərin son 7 il ərzində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş köklü dəyişikliklər, eləcə də regionda və dünyada baş verən geosiyasi proeseslərin zərurətindən irəli gəldiyini vurğulamışdır.
Yekunda Nurəddin Mehdiyev çıxış edərək müstəqilliyimiz, təhlükəsizliyimiz, dünyada gedən qlobal proseslərdə Azərbaycanın maraqlarının müdafiəsi, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan milli, bəşəri və mütərəqqi siyasətin mahiyyəti, "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, vətəndaş cəmiyyətinin inkişafı və referendumda konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr və daha sonra Azərbaycan dövlətinin inkişafı ilə əlaqədar məsələlərə kompleks münasibət bildirərək tədbiri yekunlaşdırmışdır.
Sonra səlahiyyətli nümayəndələr əlavə və dəyişiklilər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Müzakirələrdə tədbir iştirakılarının sualları cavablandırılmış, izahatlar verilmişdir. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsini, espublikada aparılan islahatları lazımlı hesab etmiş razılıqlarını bildirmişlər.
Yekunda Nurəddin Mehdiyev və Elməddin Behbud tədbir iştirakçılarını Azərbaycan Respublikasının hərtərəfli inkişafına tövhə verəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü, siyasətin uğurla davam etdirilməsinə təkan verəcək sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan referendumda fəal iştirak etməyə çağırmışlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi