Ukraynada türkləri diri-diri yandırmaq istədilər - Dəhşətli olayın videoları

img

16-09-2016 [18:09]


Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Zorya” ilə qarşılaşma üçün Ukraynaya gedən "Fənərbaxça”lı azarkeşlər döyülüb.

Hadisə türkiyəli azarkeşlərin yemək yediyi restoranda baş verib. Belə ki, üzləri maskalı 100 xuliqan restorana daxil olaraq türkiyəli azarkeşləri təhqir ediblər. Daha sonra maskalılardan biri azarkeşin üzərinə benzin töküb yandırmaq istəsə də, alışqanı işləməyib. 

Bundan başqa maskalılar azarkeşlərdən birinin üzərinə məşəl atıblar, digərlərini isə odunla döyüblər. Artıq məsələ ilə bağlı UEFA rəsmiləri Ukrayna polisinə müraciət ediblər(AzVision.az).




Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA