08-09-2016 [22:49]
Bu gün Azərbaycan Mətbuat Şurasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüş keçirilib.
Mia.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın bir sıra KİV nümayəndələri iştirak edib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov görüşdə çıxış edərək iki ölkə arasında bütün sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrindən söz açıb.
Mətbuat Şurasının əsas vəzifələri haqqında ətraflı məlumat verən Ə.Amaşov bildirib ki, bu gün ölkəmizdə 40 qəzet, 10 telekanal, 15 regional televiziya və radio fəaliyyət göstərir.
Bununla yanaşı, ölkə əhalisinin 80 faizi internetə çıxış əldə edib və vətəndaşlarımız söz azadlığından istifadə etməklə fikirlərini sosial şəbəkələrdə maneəsiz bölüşə bilirlər.
Ə.Amaşov Azərbaycan ilə İran arasında əlaqələrin tarixinə nəzər salaraq deyib: "Bu gün ölkələrimiz arasında əlaqələr hərtərəfli inkişaf edir. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri də İran İslam Respublikası olub. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra iki ölkə arasındakı münasibətlər intensiv məcraya qədəm qoyub. Prezident İlham Əliyevin hakimiyyəti dövründə qarşılıqlı əməkdaşlıq ən yüksək səviyyədə inkişaf etməkdədir. Düşünürük ki, mövcud prosesə media əməkdaşlığı müstəvisində də adekvat mövqe ortaya qoyulmalıdır”.
Azərbaycan və İran mediası arasında əlaqələrin inkişafından danışan Mətbuat Şurasının sədri vurğulayıb ki, son illərdə media təmsilçilərinin qarşılıqlı səfərləri təşkil olunub. Bu səfərlərin intensivləşdirilməsi, habelə iki ölkə jurnalistlərinin birgə konfranslarının təşkili, sərhədyanı bölgələrdə görüşlərinin, müxtəlif idman yarışlarının keçirilməsi nəzərdə tutulur.
Sədr əlavə edib ki, İran və Azərbaycan mediası arasındakı əməkdaşlıq səfir M.Pakayinin diplomatik fəaliyyəti dövründə özünün ən yüksək pilləsinə çatıb. Azərbaycan və İran KİV-ləri arasında əməkdaşlığın genişləndirilməsi və inkişafı istiqamətlərində göstərdiyi bu xidmətlərə görə səfirin Mətbuat Şurasının fəxri diplomu ilə təltif edilməsi qərara alınıb.
Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəxri diplomunu M.Pakayinə təqdim edib.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin çıxış edərək mətbuatın artan rolundan danışıb. Səfir qeyd edib ki, bu gün media dünyada sülh və əmin-amanlığın bərqərar olmasında əvəzsiz rol oynayır.
"Hazırda Azərbaycan və İran münasibətləri ən yüksək səviyyədədir. İki ölkə bütün sahələrdə bir-birini dəstəkləyir. Ölkələrimiz regionda sülh və sabitliyin bərqərar olması üçün eyni mövqedən çıxış edirlər. Bu sahədə medianın da rolu xüsusi vurğulanmalıdır. Səfir olduğum müddətdə çalışmışam ki, hər bir sahədə, o cümlədən media sahəsində əlaqələrimiz maksimum inkişaf etsin. Sevindirici haldır ki, iki ölkənin mediası arasında birbaşa əlaqələr yaranıb. Bu gün İranda Azərbaycanın Azərtac, Trend və APA informasiya agentliklərinin nümayəndəlikləri fəaliyyət göstərir. Həmçinin Azərbaycanda İran Radio və Televiziya Təşkilatının və İRNA xəbər agentliyinin nümayəndəliyi yaradılıb. Media sahəsində əlaqələrin genişləndirilməsi üçün yeni layihələr də həyata keçirilməlidir”, - deyə diplomat vurğulayıb.
Görüşdə çıxış edən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu İran və Azərbaycanın media kontekstindəki əlaqələrindən və yaxın perspektivlərindən danışıb. Bildirilib ki, media sahəsində əməkdaşlıq hər iki dövlətin maraqlarına uyğundur və bu əlaqələr gələcəkdə də davam etdirilməlidir. H.Babaoğlu Azərbaycan-İran əməkdaşlığı timsalında regional inkişafın yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıraraq medianın buna uyğun fəaliyyət göstərməsinin zəruriliyini bildirib.
Tədbirdə Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Tapdıq Abbas, "Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, "Assa irada” İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov və başqaları belə görüşün təşkil olunmasını media əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi xarakterizə edərək, mətbuatın ortaq mövqelərin təbliğindəki səfərbəredici missiyasını səciyyələndirən cəhətlərə toxunublar.
Çıxışlarda media sahəsindəki əməkdaşlıqdan əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi və ortaq problemlərə vahid prizmadan yanaşılmasının vacibliyini diqqətə çatdırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi