Prezident Ramazan Abdulatipov Bakıda marketlər şəbəkəsi açır – "Daqestan" brendi ilə

img

07-09-2016 [22:45]


Bakıda "DAQESTAN" brendi ilə marketlər şəbəkəsi açılacaq.

Dağıstanın Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, marketdə Dağıstan və digər Rusiya istehsalı olan məhsullar satılacaq.

"Daqestan" ticarət evi Dağıstan prezidenti Ramazan Abdulatipovun tapşırığı ilə açılır.

Marketlər şəbəkəsi Bakının rayonları və Azərbaycanın regionlarında genişlənməyi nəzərdə tutur. Qiymətlərə gəlincə, məhsulların satışı Rusiyadakı qiymətlə həyata keçiriləcək. Marketlərdə Azərbaycan vətəndaşları çalışacaq. İlk market sentyabrın 9-da Atatürk prospekti, 31 ünvanında açılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA