Türkiyə Xorvatiya ilə bərabərə qaldı, Kosova tarixində ilkə imza atdı... - DÇ-2018-in gecə oyunları

img

06-09-2016 [09:53]


DÇ-2018-in Avropa qitəsi üzrə seçmə mərhələnin ilk turunun oyunları davam edir.

Ötən gecə daha üç qrupda matçlar keçirilib.

Qardaş Türkiyənin millisi səfərdə Xorvatiya ilə görüşüb. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

FİFA və UEFA üzvlüyünə yeni qəbul olunan Kosovo millisi ilk dəfə olaraq bu gün rəsmi səviyyədə birinci oyununa çıxıb. Kosovolular üçün bu tarixi matçdakı rəqib Finlandiya millisi olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Beləliklə, Kosova ilk rəsmi oyununda il qolunu vurub. 

5 sentyabr:

D qrupu 

20:00. Gürcüstan – Avstriya - 1:2 
Qollar:
 Hintereger, 16 (0:1), Yanko, 42 (0:2), Ananidze, 78 (1:2)

22:45. Uels - Moldova - 4:0 
Qollar:
 Voks, 38, Allen, 44, Beyl, 51, 90+5-pen.

22:45. Serbiya – İrlandiya - 2:2 
Qollar: Hendrik, 3 (0:1), Kostiç, 62 (1:1), Tadiç, 69 (2:1),  Mörfi, 81 (2:2)

İ qrupu

22:45. Finlandiya – Kosovo - 1:1 
Qol: Arajuuri, 16 (1:0), Berişa, 61-pen. (1:1)

22:45. Xorvatiya - Türkiyə - 1:1 
Qollar: Rakitiç, 44 (1:0), Hakan Çalhanoğlu, 45+3 (1:1)

22:45. Ukrayna - İslandiya  - 1:1
Qollar: Finnbogason, 6 (0:1), Yarmolenko, 41 (1:1)

G qrupu 

22:45. İspaniya - Lixtenşteyn - 8:0 
Qollar: Dieqo Kosta, 11,  Roberto Serxi, 55, David Silva, 59,  Vitolo, 60, Dieqo Kosta, 67,  Morata, 82, 84, David Silva, 90+1

22:45. Albaniya – Makedoniya - 1:1 (yarımçıq dayandırılıb)
Qol: Sadiku, 9 (1:0), Alioski, 51 (1:1)

22:45. İsrail - İtaliya - 1:3 
Qollar: Pelle, 14 (0:1), Kandreva, 31-pen (0:2), Ben-Xaim, 35 (1:2), İmmobile, 83 (1:3)

Qol.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA