05-09-2016 [23:59]
Təcili tibbi yardımın keyfiyyətini artırmaq məqsədilə vahid elektron sistem yaradılacaq.
Bu barədə Bakı şəhəri təcili və təxirəsalınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, aktiv naviqasiya sistemin formalaşması ilə bağlı proqram hazırlanıb.
Sənədə əsasən, hər bir vətəndaş üçün ayrıca elektron səhiyyə kartı yaradılacaq. Kartda müraciət edən şəxsin həmin an yerləşdiyi məkan dəqiq göstəriləcək. Bu da əlavə suallara yer qoymur.
Sistemdə eyni zamanda pasiyentin təcili yardıma müraciət edənədək həkimlə təmasları, xəstəlikləri, şikayətləri, müalicə üsulları və digər in formasiyalar toplanacaq. Həmin məlumatlar əsasən, poliklinikalardan alınacaq. Məlumatlardan dərhal yararlanmaq üçün həkimlərə planşetlər veriləcək. Yeni naviqasiya sistemi, həm də həkimlərin işinə nəzarət etməyə imkan verəcək.
Həkim yolda olanda sizi tanıyacaq
R.Nağıyevin sözlərinə görə, yardım almaq üçün təcili tibbi yardım stansiyasına zəng edən şəxsin elektron sistemdəki məlumatları dərhal həkimin planşetinə ötürüləcək: "Həmin informasiyalar əsasında artıq həkim hətta yolda olarkən xəstə ilə bağlı qərar qəbul edə biləcək. Bu, vaxt itkisinin qarşını almağa və keyfiyyətli təcili tibbi yardım göstərməyə imkan verəcək”.
Baş həkim bildirib ki, yeni naviqasiya sistemini işə salmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunub. Bununla bağlı xüsusi razılıq alındıqdan sonra sistem qurulmağa başlayacaq.
Yeni elektron sistem icbari tibbi sığortanın tətbiqini də asanlaşdıracaq. Belə ki, həmin baza məlumatları əsasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müqaviləsi olacaq Təcili Tibbi Yardım stansiyalarından göstərdikləri xidmətlər barədə bu proqram vasitəsilə Agentliyə məlumat veriləcək. Nəticədə göstərilən tibbi xidmətlər təhlil olunacaq və həmin məlumatlar əsasında tibbi xidmət təchizatçılarına ödənişlər ediləcək.
Təcili Tibbi yarım ödənişli olacaq
R.Nağıyev yeni sistemin işə düşməsi ilə əsassız müraciətlərin azalacağına ümid edir: "Gün ərzində təcili yardıma 2 minə yaxın müraciət daxil olur. Onların ancqaq 40 faizi bizə aiddir. 60 faiz hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslin də polikliniya və xəsətəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur”.
Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyir: "İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir”.
Elektron sağlamlıq kartlarının bəxti açılır
Yeni naviqasiya sisteminin və icbari tibbi sığortanın fəaliyyətə başlaması ilə elektron sağlamlıq kartlarının işə düşməsi də gözlənilir. 2007-ci ildən əsasən, yenidoğulan uşaqlara və 2000-ci illərdə doğulanlara verilən elektron kartla indiyədək istifadə olunmayıb. Səhiyyə Nazirliyindən fins.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, indiyə qədər təxminən 1 200 000 ədəd kart paylanılıb. Ancaq onlarda nə qədərinin real olaraq istifadə olu nması barədə suala cavab verilməyib.
Təcrübə göstərir ki, kifayət qədər dövlət vəsaiti sərf edilən həmin kartlar istifadəsiz qalıb. Halbuki, sağlamlıq kartlarını elektron hökümət portalı vasitəsi ilə oradakı məlumatları istənilən səhiyyə müəssisəsində əldə etmək olar. Kartda vətəndaşın .əxsi, tibbi müayinə,müalicə, peyvənd, qəbul etdiyi dərmanlar və s. barədə məlumatlar toplanıb. Gələcəkdə isə sığorta məlumatlarının da oraya daxil edilməsi nəzərdə tutulur.
Fins.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi