"Onlara qarşı oynamaq o qədər də asan deyil" - Rövnəq Abdullayev

img

05-09-2016 [00:37]


"Oyun normal keçdi. Ancaq ələ düşən imkanlardan istifadə aşağı səviyyədə idi".

Bunu Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində San Marino ilə səfər oyununu (1:0) canlı izləyən AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

O, millinin gələcəkdə daha yaxşı oyun sərgiləyəcəyinə inandığını bildirib:"Ümumilikdə, dörd yüz fazilik qol şansı oldu. Ancaq istifadə edə bilmədik. Bu tsikldə ilk oyundur və inanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Nəticə yaxşı idi, amma oyun baxımından komanda zəif çıxış etdi. Bundan sonrakı rəqiblər San Marino kimi olmayacaq. Norveç, Çexiya, Almaniya kimi komandalara qarşı oynamaq o qədər də asan deyil".

Baş məşqçiyə də narahatlığını çatdırdığını deyən R.Abdullayevin fikrincə, R.Prosineçki gələcəkdə müəyyən taktiki dəyişiklikər edə bilər: "Yanımda Norveç və Çexiyadan olan nümayəndələr oturmuşdular. Baş məşqçi ilə danışdım. O, nəticədən razı qaldığını və qol epizodları üzərində daha çox işləyəcəklərini bildirdi. Bu oyunla qrupda nələr edəcəyimizi deyə bilmərəm. Əsas odur ki, millimizin ehtiyat oyunçular skamyası genişdir. Bu da yaxşı rəqabət yaradır".

sportnet.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA