Prezident İlham Əliyev Masallıda! – FOTOLAR

img

03-09-2016 [12:03]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını edib.

Mia.az xəbər verir ki, prezident muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Daha sonra Prezident İlham Əliyevə məlumat verilibi ki, Bayraq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib. Muzeydə isə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA