02-09-2016 [12:20]
Bu gün Özbəkistan hökuməti rəsmən president İslam Kərimovun vəziyyətinin "kritik olduğunu” açıqlayıb. Rəsmi məlumatda prezidentin hələ sağ olduğu göstərilsə də qeyri-rəsmi mənbələr onun hələ avqustun 29-da vəfat etdiyini bildirirlər.
İslam Kərimovun öldüyü haqda xəbəri birinci yayan "Ferqana.ru” portalı isə artıq onun doğma şəhəri Səmərqənddə məzar hazırlıqlarının getdiyini xəbər verib, müvafiq fotolar yayıb.
Məlumata görə, İslam Kərimovun vəfatı haqda rəsmən bu gün elan edəcəklər. Özbəkistan hökumətinin prezidentin vəziyyətinin kritik olduğu haqda daha əvvəl yaydığı açıqlama da buna hazırlıqdır. Həmin açıqlamada faktiki təsdiq edilir ki, prezidentdən artıq əl üzüblər.
Sosial şəbkələrdə yer alan fotolara görə, Səmərqənd qəbiristanlığında, orta əsrlərdən qalma Şahi Zinda movzeleyinin yaxınlığında İslam Kərimov üçün məzar yeri hazırlayırlar. Buldozer və ekskavatorlarla ərazidə iş gedir, köhnə məzarlar dağıdılır. Həmin yerdə Kərimovun anası və iki qardaşı dəfn olunub.
"Ferqana” bildirir ki, bu gecə İslam Kərimovun cənazəsini daşıyan təyyarə məxfi şəkildə Daşkənddən Səmərqəndə uçub. Bu gün səhərdən isə dəfn mərasimində iştirak etmək üçün xarici nümayəndə heyətləri Özbəkistana gələcəklər.
"Reuters” artıq Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Özbəkistana təcili səfər edəcəyini xəbər verib. "Assosiated press” isə Çində G-20 toplantısının ardınca Rusiya prezidenti Vladimir Putinin və ABŞ dövlət katibi Con Kerrinin də dəfn mərasimində iştirak etmək üçün Özbəkistana gedəcəklərini bildirir.

"Facebook”-da yer alan məlumatlara görə, Səmərqənddə dəfn mərasiminə intensiv hazırlıq gedir, şəhərin küçələri təmizlənir, abadlıq işləri görülür.
Kərimovların ata evləri sürətlə təmir olunur, sahə müvəkkili isə sakinlərə deyib ki, sabah "çox pis bayram olacaq”.
Şəhər sakinləri Səmərqəndə bir-birinin ardınca şüşələri qara plyonka ilə örtülmüş qara maşınların gəldiyini müşahidə edir. "Azadlıq” radiosunun özbək xidmətinin məlumatına görə baş nazir Şövkət Mirzəyev də Səmərqəndə gedib. O, Kərimovun yerinə əsas namizəddir.
Dəfn mərasimi sabaha nəzərdə tutulub.


Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi