Çempionlar Liqasının formatı dəyişdi – Bu ölkələrin çempionatında ilk 4 yeri tutan klublara "yaşıl işıq"

img

26-08-2016 [22:16]


UEFA Çempionlar Liqasında iştirak edən komandalarla bağlı yeni qərar qəbul edib.

Mia.az xəbər verir ki, 2018-ci ildən reytinq siyahısının ilk dörd pilləsində qərarlaşan ölkələr Avropanın ən nüfuzlu klub turnirində dörd komanda ilə təmsil olunacaq.

Qeyd edək ki, Avropanın futbol reytinqində ilk 4 ölkə təmsil olunur. Bunlar İspaniya, İngiltərə, İtaliya və Almaniyadır.

Yeni qaydalara əsasən, həmin ölkənin çempionatlarında ilk 4 yeri tutan komandalar birbaşa qrup mərhələsində iştirak edəcəklər. 

Xatırladaq ki, hazırkı qaydalara əsasən Çempionlar Liqasının qrup mərhələsində reytinq siyahısının ilk üç pilləsində qərarlaşan ölkələrin üç komandasına iştirak hüququ verilir. Dördüncü komanda isə "pley-off” mərhələsində çıxış edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA