"Qəbələ" qrup mərhələsində! - Daha bir Azərbaycan klubu tarix yazdı

img

26-08-2016 [00:08]


Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində  "Qəbələ” Sloveniyada "Maribor”un qonağı olub.

Mia.az xəbər verir ki, Bakıda keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan təmsilçimiz cavab oyununa gözlənilən oyunu nümayiş etdirə bilməsə də, ardıcıl ikinci il qrup mərhələsində çıxış etmək hüququ qazana bilib.

Belə ki, 66-cı dəqiqədə "Maribor"lu oyunçu Tavares hesabı açıb. Bundan 3 dəqiqə sonra isə komandamızın "silahı" Teo Uiks qırmızı kartla meydandan qovulub.

Bundan sonra aşkar üstünlüyə sahiblənən ev sahibi komanda ardıcıl hücumlar təşkil ediblər. Lakin qapçımız əla oynayıb.

Hakimin oyuna əlavə etdiyi 6 dəqiqədə isə rəqibin hücumları daha kəsərli olsa da, "Qəbələ" qapısını növbəti qoldan qorumaqla, tarix yaza bilib. 

Oyun 1:0. hesabı ilə bitib.

Məğlub olmasına baxmayaraq, komandamız qrup mərhələsinə vəsiqəni təmin edib. 



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA