SOCAR-dan “Trabzonspor”un stadionu ilə bağlı iddialara – Reaksiya

img

23-08-2016 [16:22]


"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Trabzonspor”un yeni stadionuna rəsmi sponsor olacağı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bu barədə "SOCAR Turkey”dən məlumat verilib.

"SOCAR-ın Türkiyədə hər hansı stadiona sponsor olacağı xəbəri həqiqətdən uzaqdır, şirkətin ümumiyyətlə, belə bir planı yoxdur”, – "SOCAR Turkey”dən bildirilib(Report).

Qeyd edək ki, Türkiyə və Azərbaycanın bir sıra KİV-lərində Trabzonda inşa edilən "Akyazı” stadionuna sponsor qismində SOCAR-ın da cəlb olunduğu barədə xəbərlər yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA