"Trabzonspor”un yeni stadionu “SOCAR Arena” adlanacaq" - SOCAR-dan yeni sponsorluq addımı

img

23-08-2016 [14:23]


""Trabzonspor”un yeni stadionu "SOCAR Arena” adlanacaq".

Türkiyə mətbuatının yaydığı xəbərə görə, klub rəhbərliyinin Azərbaycan Reslublikası Dövlət Neft Şirkəti – SOCAR-la apardığı danışıqlar müsbət nəticələnib və razılığa gəlinib. Məlumatda bildirilir ki, artıq tərəflər imzalanacaq müqavilə bağlı bəzi son məqamları dəqiqləşdirir.

Sponsorluq müqaviləsinin müddəti və məbləği barədə məlumat yoxdur. 

Həmçinin bildirilir ki, məsələ ilə bağlı "Trabzonspor”un yaxın vaxtlarda rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, inşasına 2013-cü ildə başlanan yeni stadionunda son tamamlama işləri gedir. "Trabzonspor"un bu arenada ilk oyununu bu ilin oktyabrında keçirəcəyi nəzərdə tutulub.  


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA