"Rio-2016"da daha bir medal - Sotomayor gümüş medal qazandı

img

22-08-2016 [00:21]


Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışlarına yekun vurulub.

Turnirin son günündə 4 çəki dərəcəsində final görüşləri keçirilib.

Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor da 64 kq çəkidə həlledici matça çıxıb. Yarımfinalda Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşən təmsilçimiz yekunda inamlı qələbəyə (3:0) sevinib və finala yüksəlib.

Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq, boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmamışdı.

Lorenzonun həlledici görüşdəki rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olub. Təəssüf ki, bu görüş təmsilçimizin məğlubiyyəti ilə başa çatıb. İlk raundu tam üstünlüklə öndə bitirən Sotomayor ikinci hissədə rəqibindən geri düşdü.

Ancaq üçüncü raundda idmançımız olduqaca fəal döyüşsə də, yekunda hakimlər qələbəni özbək boksçuya veriblər - 1:2. 

Boks yığmamızın hesabında isə əlavə 1 bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA