Türkiyədə toyda baş verən partlayışın görüntüləri: Gəlin bəylə oynadığı yerdə... (VİDEO)

img

21-08-2016 [13:53]


Türkiyənin Qaziantep şəhərində toy mərasimində baş verən partlayışın görüntüləri yayılıb.

Mia.az xəbər verir ki, videodan partlayışın mərasimin ən qızğın anında törədildiyi müşahidə olunur. 

Partlayış baş verən kimi zalda çaxnaşma yaranıb, qonaqlar hara qaçacaqlarını bilməyiblər. Həmçinin müəssisənin çıxışı dar olduğundan, insanların təxliyə olunmasında bəzi çətinliklər yaranıb.

Hadisə nəticəsində ən azı 30 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. Bombanı terrorçu-kamikadzenin işə saldığı ehtimal edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA