Moskvada “qanuni oğrular” təcili toplandı – 12 nəfərin titulu alındı

img

20-08-2016 [19:22]


Moskvada "qanuni oğrular” növbəti dəfə bir yerə toplaşıblar.

Təcili toplantı kriminal aləmdə kifayət qədər nüfuzu olan "Şakro Molodoy” ləqəbli Zaxar Kalaşovun təşəbbüsü ilə baş tutub. Kriminal aləmin "xaç ataları” 12 nəfəri "qanuni oğru” titullarından məhrum ediblər. Onların arasında azərbaycanlı Namiq Səlifov da var. 

Namiq Səlifov hazırda həbsdə olan və "Lotu Quli” kimi ad çıxaran Nadir Səlifovun kiçik qardaşıdır. Namiq "qanuni oğru” adından məhrum edilən yeganə azərbaycanlı deyil, ondan başqa daha iki azərbaycanlı – "Rafət Əlibayramlinski” təxəllüslü Rafət Əlirza oğlu Əmirov və "Ceyhun Gəncinski” ləqəbli Ceyhun Nəbi oğlu Əsgərovun da "tac”ları əllərindən alınıb

Azərbaycanlı "qanuni oğru”lara qarşı bu addımın bir neçə il öncə qətlə yetirilmiş "Ded Xasan”nın qohumlarının və yaxın ətrafının göstərişi ilə atıldığı bildirilir.(vesti.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA