Boksçumuz erməninin çənəsini oynatdı – Finala adladı

img

19-08-2016 [22:43]


Rio-de-Janeyroda keçiriləb Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən boksçu Lorenso Sotomayor yarımfinal görüşünə çıxıb.

64 kq. çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi Almaniya ermənisi Artyom Harutyunyan olub.

Görüşü üstün səviyyədə keçirən Sotomayor hər 3 raunddan qalib ayrılıb.

Bununla da Azərbaycan təmsilçisi finala yüksələrək, ölkəmizin boks tarixində ilkə imza atıb. O, ən azı gümüş medalı təmin edən ilk boksçumuz olub. Sotomayor həm də hələ ötən mərhələdə yarımfinala yüksəlməklə, 11-ci medalı təmin edib.

Avqustun 21-də saat 22:00-da başlanacaq final görüşündə Azərbaycan boksçusunun rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA