Azərbaycan Rioda 10-cu medalını qazandı

img

18-08-2016 [16:39]


"Rio-2016”da birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə final yürüşü keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan idmançısı Valentin Demyanenko da həlledici mərhələdə qüvvəsini sınayıb.

Otuz üç yaşlı atletimizin çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çebana qarşı yarışıb.

Finalda məsafəni 39.493 saniyəyə qət edən idmançımız gümüş medal qazanmağı bacarıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA