Stadnik Azərbaycana 7-ci medalı qazandırdı - Yenilənir

img

17-08-2016 [22:08]


Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb.

Rəqibini təmiz qələbə ilə (10:0) məğlub edən güləşçimiz dörddəbir finala adlayıb.

***

Mariya Stadnik XXXI Yay Olimpiya Oyunlarında ikinci qələbəsini qazanıb. Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib.

***

Mariya Stadnik yarımfinal mərhələsində bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq (6:0) XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib. Bununla da idmançımız özü üçün ən azı gümüş medalı təmin edib.

***

Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gələcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA